“Traxtur” Sakit İlhami ilə davam edəcək: nəticələri uğurludur

Cənubi Azərbaycanın “Traxtur” futbol komandasını müvəqqəti olaraq çalışdıran Sakit İlhami baş məşqçi kimi fəaliyyətini davam etdirəcək

Bu barədə “Traxtur” klubu qərar qəbul edib.

Klub  Mustafa Dənizli  getdikdən sonra komandanı  yeni baş məşqçi təyin olunanadək  Sakit İlhaminin  çalışdıracağını bildirmişdi.

Onun rəhbərliyi altında “Traxtur”  4 oyun keçirib və hamısında qalib gəlib. Bu səbəbdən  “Traxtur” klubu Sakit İlhaminin komandanın baş məşqçısi olmasına  qərar verib.

Klubun prezidenti Məhəmməd Rza Zenuzi elan edib ki, Sakit İlhami mövsümün sonunadək baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “Traxtur” hazırda 30 xalla İran futbol liqasında  turnir cədvəlinin 3-cü pilləsindədir. Komanda ikinci yerdən 1, liderdən 4 xal geridədir. Eyni zamanda ardınca gələn komandalarla da xal fərqi cüzidir. Hər hansı məğlubiyyət “Traxtur”u bir neçə pillə geri ata bilər.


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir