Ağstafada ağır qəza, 10-dan çox şəxs xəsarət alıb - YENİLƏNİB


 Ağstafada ağır qəza, 10-dan çox şəxs xəsarət alıb - YENİLƏNİB

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa şəhərindən keçən hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanmış dörd avtomobilə çırpılıb.

Belə ki, “Mercedes” markalı avtomobil yola çıxan “VAZ – 2106” markalı avtomobilə çırpılıb və üzərindən keçərək digər nəqliyyat vasitələrinə dəyib. 

Qəza nəticəsində 10-dan çox şəxs xəsarət alıb. Onlardan 6 nəfəri – Gültac Quliyeva (1992), Zeynab Quliyeva (2007), Samir Quliyev (1986), Təfəkkür Abdullayev (1982), Covdar İsayev (1998) və Gülşad Abdullayeva (1985) xəstəxanaya yerləşdirilib.

İçərisində uşaqların da olduğu daha bir neçə nəfər isə yüngül xəsarətdən və həyəcandan özünü pis hiss etdikləri üçün onlara ambulator yardım göstərilib.

Qeyd edək ki, hadisə şəhər ərazisində keçirilən bayram şənliyinə gedən vətəndaşların avtomobillərinin saxladığı yerdə olub. 

Qəzada “VAZ – 2104 , “VAZ – 2107”, iki “VAZ – 2106” və “Mercedes” markalı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

20:46***

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza şəhər ərazisində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir