Kolumbiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Kolumbiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Kolumbiyanın mərkəzində baş vermiş təyyarə qəzasında üç nəfər ölüb.

Bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə bazar ertəsi səhər Santander departamentinin mərkəzində baş verib. “Aerogalan” aviaşirkətinə məxsus yüngülmühərrikli təyyarə Bukaramanqadan Simitarraya doğru hərəkət edirmiş. Təyyarə havaya qalxdıqdan dərhal sonra hündürlük səviyyəsi itməyə başlayıb və təyyarə təpəyə çırpılıb. Təyyarədə olan üç nəfər isə yerindəcə ölüb.

Rəsmilər artıq istintaq araşdırmasına başlayıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir