Bakı sakini naməlum şəxslər tərəfindən bıçaqla qətlə yetirilib

Bakı sakini naməlum şəxslər tərəfindən bıçaqla qətlə yetirilib

Bakının Suraxanı rayonunda qətl törədilib.

Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Dövlətov İlkin İbrahim oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Lakin həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir