Haşdi Şabi ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisi və ətrafından çəkilib

İraq Müştərək Əməliyyatlar Komandanlığı ABŞ-ın Bağdaddakı səfirliyi önündə aksiya keçirən İrana yaxın Haşdi Şabi  tərəfdarlarının tamamilə bu ərazidən çıxdığını açıqlayıb.

Bəyanatda deyilir:

ABŞ-ın Bağdaddakı  səfirliyinin özündə və ətrafında olan bütün etirazçılar oradan çəkilib, qurulan çadırlar sökülüb”.

Açıqlamada səfirliyin təhlükəsizliyinin İraq gücləri tərəfindən təmin olunduğu bildirilib.

ABŞ-ın Bağdad səfirliyi isə bütün işlərin dayandırıldığını elan edib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir