Məsələ hüquqi həllini tapıb: teatr Bakı küçələrində tamaşa göstərəcək

Məhkəmə teatrın Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasını təmin edib

 

Dekabrın 30-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ADO teatrının (Azərbaycan Dağınıq Oda teatrı) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı  küçə teatrları keçirmək barədə iddiasını təmin edib.

Bu barədə ADO teatrı facebook səhifəsində məlumat yayıb.

Xatırladaq ki, ADO teatrı 2 ildən çoxdur Bakı küçələrində tamaşalar nümayiş etdirmək üçün müvafiq orqanlara müraciətlər edir. Azərbaycan Mədəniyyət Nazirliyi  icazənin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti də əksinə –  nazirliyin icazə verməli olduğunu bildirib, beləcə, iş düşüb müşkülə.

Nəhayət, məsələ hüquqi müstəvidə həllini tapıb: teatr küçələrdə tamaşa göstərə biləcək.

Məlumat: ADO teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb.

Teatr qonşu Gürcüstanda – Tbilisi şəhərinin küçələrində tamaşa göstərsə də, Bakıda buna icazə verilməmişdi.


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir