Naxçıvanda atəşfəşanlıq az qala faciə ilə nəticələnəcəkmiş... (VİDEO)

Yeni il gecəsi Naxçıvanda atəşfəşanlıq az qala faciə ilə nəticələnəcəkmiş. Sosial şəbəkələrdə paylaşılan videolardan bəlli olur ki, pirotexniki vasitələr, fişənglər xaotik partlamağa başlayıb və bu, zəncirvari reaksiya doğurub: qığılcımlar ətrafdakı qələbəliyə doğru yayılıb.  Kütləvi  şənliyə toplaşmış əhali arasında təşviş yaşanıb.

Qeyri-rəsmi  məlumatlara görə, hadisə zamanı ciddi xəsarət alan olmayıb. Hadisənin ehtiyatsızlıqdan və ya istifadə olunan pirotexniki məmulatların kefiyyətsizliyindən törəndiyi ehtimal edilir.

İş günü olmadığından olay haqqında əlaqədar  orqanlardan rəsmi məlumat ala bilmədik.  Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında da bu barədə hər hansı məlumat verilməyib.

Naxçıvanın mətbu orqanlarında dünənki bayram təbdiri haqqında informasiya yer alsa da, bu bərədə heç nə yazılmayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir