Yeni ildən THY uçuş şəbəkəsinə daha dörd xətt əlavə etdi

Yeni ilin ilk günündən Türkiyə Hava Yolları (THY) Ekvator Qinesinin Malobo, Yaponiyanın Haneda, ABŞ-ın Nevark  və Kanadanın Vankuveri  xətlərini də uçuş şəbəkəsinə daxil edib.

Xatırladaq ki, THY dünyanın ən çox ölkəsinə və ən çox xarici xətt nöqtəsinə uçuş həyata keçirən aviasiya şirkətidir.   Ötən il THY dünyanın 126 ölkəsini əhatə edən 318 hava limanına uçuş həyata keçirib.

Şirkətin planlarına görə, 2020-ci ilin yayından Sinqapur, Kuala Lumpur, Los Anceles və Vaşinqton DC istiqamətində uçuş tezlikləri artırılacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir