Azərbaycanda bankların müştəri bazası 26% genişlənib

 

Azərbaycandakı bankların müştərilərinin sayı 2019-cu ilin əvvəlindən 25,6% artaraq, ötən ilin dekabrın 1-ə 7 958 631 nəfərə çatıb.

 Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bank müştərilərinin sayı həmin ilin əvvəlindən 25,6%, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 1,4% artıb.

2019-cu il dekabrın 1-nə əsasən, bank müştərilərinin 323 454 nəfərini və ya 4,1%-ni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər əhatə edib. Bu kateqoriyadan olan müştərilərin sayı da həmin il noyabrın 1-ə nisbətən 1,1%, ilin əvvəlindən isə 22,4% artıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir