Azərbaycan əhalisinin bank əmanətlərində dollara meyil azalıb

Aşağı inflyasiya vә tarazlı valyuta bazarı şәraitindә dedollarlaşma prosesi davam edib.

 Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən, fiziki şәxslәrin әmanәtlәri üzrә dollarlaşma ilin әvvәlindәki 62,5%-dәn 2019-cu il dekabrın 1-nə 54,1%-ә enib. Noyabrın 1-i ilə müqayisədə isə dedollarlaşma səviyyəsində 1,3 faiz bəndi azalma qeydə alınıb.

Hesabata əsasən, 2019-cu il dekabrın 1-nə fiziki şəxslərin bank əmanətlərinin həcmi 8 milyon 681 min  manat, o cümlədən xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 4 milyon 693 min manat ekvivalentində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir