Bizə karyeristlər deyil, dövlətçilik şüuru yüksək peşəkarlar lazımdır…

 
O,  bir sıra sahələri əhatə edən, həmçinin səhiyyə qanunvericiliyinin təkmilləşməsinə cəmiyyətdə böyük ehtiyac olduğu qənaətindədir. O,  90-cı illərdən bəri dünyanın 53 ölkəsində olub və  tibb hüququnu,  dövlət təbabətini, məhkəmə təbabətini, insan hüquqlarını tədqiq edib öyrənib. O, hər ölkədə Azərbaycan alimi, mütəxəssisi, eksperti, vətəndaşı statusunu hər şeydən üstün, uca tutub.
 
O, professor Vüqar Məmmədovdur.
 
 

Vüqar Məmmədov  tibb hüququ, məhkəmə təbabəti və bioetika elmləri sahəsində Azərbaycan alimidir.  Məhkəmə-tibbi eksperti, hüquqşünas, tibb elmləri doktoru, professordur.

Dünya Tibbi Hüquq Assosiasiyasının Birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti və Təhsil komitəsinin rəhbəri, İpək Yolu ölkələrinin Məhkəmə Ekspertizalar Konsortsiumun vitse-prezidentidir.  Özü də bu təşkilatların idarə və icraçı komitələrinində təmsil olunan ilk müsəlman alimdir.

Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru,
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin insan hüquqları YUNESKO kafedrasının və kriminalistika/məhkəmə ekspertizası professorudur.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuror yanında məhkəmə ekspertizaları üzrə Elmi-Məşvərət Şurasının eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatlarının üzvüdür, mütəmadi olaraq mühazirələr oxumaq üçün ABŞ, Çin, Rusiya, İndoneziya, Pakistan, Türkiyə, Litva, Ukrayna və digər ölkələrin universitetlərinə,  peşə müəssisələrinə dəvət alır.

İki ali təhsili var: hüquq və tibb. 10-a yaxın kitab, 300-dən artıq elmi işin müəllifidir.

Vaşinqtonda Amerikan Universitetinin Transmilli Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzində (TRACCC) (ABŞ), Ümum-Rusiya Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində və Seçenov adına Birinci Dövlət Tibb Universitetində (Rusiya), Qlazqo və Dandi Universitetlərində məhkəmə ekspertizaları üzrə BMT Mərkəzlərində (Böyük Britaniya) ixtisaslaşmalar və elmi tədqiqatlar aparıb.

Səhiyyə, bioetika və insan hüquqları sahələrinə aid  324 televiziya verilişinin müəllifi və aparıcısı olub.

İngilis, rus, fransız, türk dillərini bilir.

  • Azərbaycan Tibbi Hüquq və Bioetika Assosiasiyasının sədri
  • YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri
  • AR Prezidenti yanında AAK-nın Hüquq Elmləri üzrə Ekspert Şurasının üzvüdür.

Böyük transmilli xarici şirkətlərin Azərbaycanda nümayəndəliklərinin və BMT-nin Azərbaycanda proqram və layihələrinin rəhbəri (1997-2009), AMEA-nın İnsan Hüquqları İnstitutunun Elmi işlər üzrə direktor müavini (2010-2014), Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin direktoru, “Milan Ekspo 2015” Dünya Sərgisində Azərbaycan pavilyonunun tematik konsepsiyasının müəllifi, məzmun üzrə işçi qrupun rəhbəri, sonradan isə Baş komissarın müavini vəzifələrində işləyib (2013-2016).

Belə dəyərli alimlərimzi, peşəkar mütəxəssislərimizi tanımaq və tanıtmaq hər birimizin borcudur.

Bizə parlamentdə karyeristlər və korporativ maraqlarını hər dəyərdən üstün tutan siyasi avantüristlər deyil,  qanunvericilik hakimiyyətindən mahiyyəti üzrə dövlətə, cəmiyyətə real fayda verməyə can atan, dövlətçilik şüuru və peşəkarlığı ilə seçilən nümayəndələr lazımdır. Professor Vüqar Məmmədov kimi..

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir