İdlibdə məcburi köçkün ailələrin sığındığı məktəb bombalanıb

Dünən Suriya ordusu İdlibdə məcburi köçkün ailələrin yaşadığı sığınacağı raket atəşinə tutub və nəticədə  azı 8 nəfər həyatını itirib.

İdlibin Sarmin qəsəbəsində məktəbə endirilən  raket zərbələri  zamanı ölənlərdən beşi uşaq olub. 20 nəfərin yaralandığı bildirilib.

Məktəb binasında İdlibdə Rusiyanın dəstəyi ilə aparılan bombardmandan  qaçan ailələr yaşayıb.

Ötən ilin sentyabrında Türkiyə, Rusiya və İran liderlərinin əldə etdikləri razılaşmaya baxmayaraq, keçən aydan bəri  Sarmin qəsəbəsi yenidən rus təyyarələri və Suriya artilleriyasının amansızcasına vurduğu  məntəqələrdəndir.

Suriya rejim güclərinin məqsədi qiyamçıların 2012-ci ildən bəri bağladığı strateji avtomagistralı ələ keçirməkdir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir