Pirotexniki vasitələr Gürcüstanda da bədbəxt hadisələrə səbəb olub

Yeni il gecəsi qonşu Gürcüstanda da pirotexniki vasitələrlə ehtiyatsız davranış və ya onların keyfiyyətsizliyi bədbəxt hadisələrə səbəb olub.

Təkcə Tbilisi şəhərində  8 uşaq bundan müxtəlif dərəcəli xəsarət alıb. 7 uşağın vəziyyəti ağır olduğundan xəstəxanalara yatırılıblar və onların hər birinə cərrahi müdaxilə edilib.

Həkimlər bir nəfərin əl barmaqlarını amputasiya (kəsmək) məcburiyyətində qalıblar.

Bu haqda Gürcüstanın 1Tv kanalı məlumat yayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir