Türkiyə parlamentində Liviyaya ordu göndərilməsi müzakirə olunur (yenilənib)

Türkiyə parlamentində ölkənin Liviyaya hərbi kontingent göndərilməsi haqqında qanun layihəsinin müzakirəsinə başlanılıb.

AKP və MHP parlament fraksiyaları qanun layihəsinin lehinə səs verəcəklərini açıqlayıblar.

CHP sədri bunun əleyhinə olduğunu, BMT-yə müracət edib Liviyaya beynəlxalq sülhməramlılarının göndərilməsinin tərəfdarı olduqlarını bildirib.

CHP ilə bərabər HDP və “İyi parti” də Liviyaya əsgər göndərilməsinin əleyhinə səs verəcəklərini elan ediblər.

Qanun layihəsinin parlamentdən keçməsi üçün sadə səs çoxluğu tələb olunur.

Bu səbəbdən böyük ehtimalla, təklif AKP və MHP deputatlarının səsləri ilə parlamentdə qəbul ediləcək.

Prezident R.T.Ərdoğanın təsdiqindən sonra qanun   qüvvəyə minəcək və Türkiyə hərəkətə keçəcək.

Türkiyənin Müdafiə naziri ordunun bunun üçün bütün hazırlığı həyata keçirdiyini açıqlayıb.

 


saat: 18:35

Bir neçə dəqiqə öncə Liviyaya əsgər göndərilməsi haqqında qanun layihəsi Türkiyə parlamenti  tərəfindən 325 lehinə, 184 əleyhinə səslə qəbul olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir