Bağdadda raket hücumu zamanı şiə qruplaşmasının rəhbərlərindən bir ölüb, 12 hərbçi yaralanıb

Bağdadda raket zərbələri zamanı “əl-Haşd əl-Şəbab” şiə qruplaşmasının yüksək rütbəli üzvlərindən biri ölüb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, bu şəxs şiə könüllülərinin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən Məhəmməd əl-Cabiridir.

“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumatda isə bildirilir ki, raket mərmilərindən biri mülkü maşına dəyib, partlayış nəticəsində sürücü ölüb.

Raket zərbələri həmçinin İraq ordusu və beynəlxalq koalisiyanın hərbi obyektlərinə də düşüb.

Bağdad Beynəlxalq Hava Limanının bağlanıldığı, uçuşların müvəqqəti dayandırıldığı bildirilir.

İraq Təhlükəsizlik Qüvvələrinin məlumatına görə, hücum zamanı 12 hərbçi yaralanıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir