İran “Qüds Briqadası”na yeni komandan təyin edib

Qasım Süleymaninin öldürülməsindən sonra İranın “dini lideri” Əli Xamneyi  ABŞ-ın daha öncə terror təşkilatı elan etdiyi “Sepah”ın  “Qüds Briqadası”na yeni komandan təyin edib.

Xamneyinin fərmanına əsasən, İsmayıl Qaani “Qüds Briqadasının” komandanı elan olunub.

1997-ci ildən Qasım Süleymaninin müavini vəzifəsində çalışan İsmayıl Qaani briqada generalıdır.

Xatırldaq ki, bu gün səhər saatlarında Amerika Birləşmiş Ştatlarının Bağdad hava limanı yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində Qasım Süleymani öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir