İranın "Süleymaninin qisası alınacaq" kimi hədələrinə ABŞ-dan cavab verilib

Senator bildirib ki, İran Amerika və onun müttəfiqlərinə hücum etsə, neft emalı zavodlarının məhv edilməsi də daxil olmaqla, ən ağır şəkildə cəzalandırılacaq. 

O, İran rəsmilərinə xitabən qeyd edib ki, “əgər neft ticarətini davam etdirmək istəyirsinizsə, bizə və müttəfiqlərimizə qarşı hücumlarınızdan, eləcə də dünyada terrorizmə himayədarıq etməkdən  əl çəkin”.

Senator Twitter səhifəsində yazıb:

İranın təcavüzü davam etdiyi təqdirdə, mən bu ölkənin neftayırma zavodlarından birində işləyən işçilərin yerində olsaydım, özümə başqa iş tapardım”.

Xatırladaq ki, senator Lindsey Qraham 3 gün öncə də İrana  xəbərdarlıqda bildirmişdi ki, mövcudiyyətini davam etdirmək üçün neftdən asılı olan ölkə çox ehtiyatlı olmalıdır.

Qeyd edək ki, “New York Times” qəzeti ABŞ İranla müharibə başlayacağı təqdirdə, vuracağı obyektlərin siyahısını hazırladığını və onların içərisində Abadan neftayırma zavodunun olduğunu hələ ötən sentyabrda yazmışdı.

Abadan İranın benzin və digər neft məhsullarına olan ehtiyacının 1/5-ni ödəyən böyük neft emalı zavodudur.

Lindsey Qraham son statusunda Donald Trampın Barak Obamadan fərqli olaraq, İranın amerikalılara qarşı hücumuna ən kəskin formada cavab verəcəyini xüsusi vurğulayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir