Türkiyə 11 ayda 43 milyon əcnəbi turist qəbul edib

Ötən il yanvardan dekabradək (11 ayda)  Türkiyə gələn  turistlərin sayı 42,91 milyon olub.

Bunu  ölkənin Mədəniyyət və Turizm Nazirliyi açıqlayb və qeyd edib  ki, bu,  əvvəlki  ilin analoji dövrü ilə müqayisədə 14,31% çoxdur.

Nazirliyin məlumatına görə, Türkiyədə xarici turistlərin sayında rusiyalılar birinci yeri tutublar. Türkiyəyə Rusiya Federasiyasından səfər edən səyahətçilərin sayı 2018-ci illə müqayisədə 17,42%  – 6,88 milyon nəfər artıb.

Türkiyəyə gələn turistlərin sayında ikinci yeri Almaniya tutub – 4,83 milyon nəfər. Almaniyadan da gələnlərin sayında 11,57%  artım qeydə alınıb.  Üçüncü ən çox  turist qəbul olunan ölkə Böyük Britaniyadır:  2,5 milyon  (+13,3%)

Bolqarıstan və İran  siyahıda dördüncü və beşinci yerlərdədir.

BMT-nin Ümumdünya Turizm Təşkilatının reytinqinə əsasən,  Türkiyə 2019-cu ildə  turistlərin sayına görə dünyada altıncı ölkə olub.

Bununla belə, Türkiyə turizm sahəsindən əldə etdiyi illik gəlirlə Avropada liderdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir