Türkiyədə mühacirləri daşıyan qayıq batıb, 8 nəfər ölüb

Türkiyədə mühacirləri daşıyan qayıq batıb, 8 nəfər ölüb

Aralıq dənizinin Türkiyə sahillərində mühacirləri qanunsuz daşıyan qayıq batıb.

 “Milliyyət” qəzetinə istinadən məlumata görə, hadisə Muğla vilayətinin Fəthiyə rayonunda baş verib.

15 nəfər mühaciri qanunsuz daşıyan qayığın batması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal aidiyyəti üzrə axtarış və xilasetmə işlərinə başlanılıb.

Axtarış nəticəsində 3-ü qadın olmaqla, 8 mühacirin meyitləri sudan çıxarılıb. Digərlərinin isə axtarışı davam etdirilir. Ölənlərin kimliyi barədə məlumat verilməyib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir