ABŞ İrana bağlı qruplaşmanı terror təşkilatı elan edib

 ABŞ İrana bağlı qruplaşmanı terror təşkilatı elan edib

ABŞ İrana bağlı “Asaib Ahl al-Hak, AAH” qruplaşmasını və onun liderlərini terror təşkilatları siyahısına salıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qrupun terrorçu təşkilat kimi tanınması haqqında qərar İran generalı Qasım Süleymaninin və şiə qruplaşmasının bir neçə liderinin İraqda öldürülməsindən bir gün sonra qəbul edilib.

“AAN və onun liderləri İran İslam Respublikasının amansız, etibarlı şəxsləridir. Onlar Tehrandakı sahibləri adından hərəkət edərək, İraqın müstəqilliyinin məhvi üçün İran rejiminin səylərinin davam etdirilməsi naminə zorakılıqdan və terrordan istifadə edirlər”, – dövlət katibi Mayk Pompeonun çıxışından sitat gətirilir.

Qeyd edilir ki, AAH Qasım Süleymaninin başçılıq etdiyi və 2019-cu ilin aprelində ABŞ-ın terrorçu təşkilat kimi tanıdığı İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən “fəal maliyyələşdirilir və təlim keçir”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir