Bağdadda daha bir konvoy aviasiya zərbəsi ilə vurulub: 6 nəfər öldürülüb

İraqın paytaxtı Bağdad şəhərində bu gecə içində Həşdi Şəbi qruplaşmasının rəhbər heyəti olan daha bir avtomobil konvoyunun vurulduğu haqqında xəbər yayılıb.

İraqın “Suməriyyə” televiziya kanalının xəbərinə görə, Bağdadın şimalında, Taci rayonunda vurulan konvoydakı avtomobillərdə 6 nəfər həyatını itirib.

Yerli (İraq) medianın bir qismi öldürülənlərin İranın  himayəsindəki  Həşdi Şəbinin çətiri altındakı Ketaib İmam Birliyinin komandir heyətinə aid olduğunu  iddia edir.

“Reuters” agentliyi də eyni iddia ilə hücum haqqında  informasiya yayıb və o da  6 nəfərin öldürüldüyünü yazıb.  Agentliklər xəbərlərini hərbi qaynaqlara istinadən hazırladıqlarını bildiriblər.

İraq Xəbər Agentliyi (İNA), eləcə də bir sıra digər media quruluşları da  oxşar xəbər yayıb, amma öldürülənlərin Həşdi Şəbi qruplaşmasının deyil, tibb konvoyunun üzvləri olduğunu bildiriblər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir