Bağdadda İran generalı Qasım Süleymani ilə vida mərasimi keçirilib

İraq paytaxtında  Qasım Süleymani və  onunla birgə öldürülmüş “Xətaib Hizbullah” şiə silahlılarının komandiri Əbu Mehdi Əl-Mühəndis , həmçinin  digər səkkiz nəfərlə  vida mərasimi keçirilib.

Mərasimdə İraqın Baş naziri Adil Absulmehdi, İraqın hökümət nümayəndələri, eləcə də Haşdi-Şəbi komandirləri iştirak edib.

Onların milli bayraqlarına sarınmış nəşləri Bağdadın Əl Muthana hava limanındandan Hədimiyə rayonundakı şiə ziyarətgahına aparılacaq.

İraq  mediasının xəbərinə görə,  matəm mərasiminə yüzlərlə iraqlı qatılıb.

Onlar qara və üzübağlı geyimlərdə, əllərində Süleymaninin, Xameneyinin portretlərini, həmçinin müxtləif  silahlı qrupların bayraqlarını daşıyaraq matəm mərasimində iştirak ediblər.  Bəzi iştirakçılar ABŞ əleyhinə şüarlar səsləndirib, radikal çağırış ediblər.

Mərasimdən sonra cənazələr Kərbalaya, oradan  İrana göndəriləcək. İranda davam edəcək matəm mərasimlərindən sonra Suleymani çərşənbə axşamı günü Kirman şəhərində dəfn ediləcək.

Mühəndisin cənazəsi isə Nəcəfdə (İraqda) torpağa veriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir