Pentaqon Yaxın Şərqə əlavə 3 min əsgər göndərildiyini təsdiqləyib

 

Amerika qüvvələrinə qarşı artan təhdidlərə görə izahı ilə  82-ci Hava-Desant Diviziyasından Yaxın Şərqə 3 minə yaxın  əlavə əsgər göndərildiyini ABŞ Müdafiə Nazirliyi təsdiqləyib.

Pentaqon nümayəndələri əsgərlərin Küveytdə yerləşdiriləcəyini bildirməklə yanaşı,  bir neçə gün əvvəl göndərilən 750 nəfərlik heyətlə bərabər ümumi əsgər sayının 3500 nəfər olduğunu da açıqlayıblar.

ABŞ Prezidenti Donald Tramp dünyada böyük əks-səda doğurmuş və birmənalı qarşılanmayan İran generalı Suleymaninin İraqda öldürülməsi haqqında danışaraq:

Müharibə başlatmaq üçün deyil, müharibəni dayandırmaq üçün bu addımı atdıq”, –

deyib.

Bununla belə, bölgədə kifayət qədər hərbi kontingenti olan ABŞ-ın əlavə bir desant briqadasını – elit ordu növü əsgərlərini regiona göndərməsi heç də sülh məqsədləri daşımadığına dəlalət edir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir