Putinin Yeni il müraciəti "YouTube" kanallarında kütləvi dizlayk edilib

Rusiya Prezidenti Vladimir Putinin Yeni il gecəsi xalqa təbrik müraciətini  “YouYube” video kanallarında yerləşdirən dövlət televiziyaları bəyənib-bəyənməmə (layk-dizlayk) sayğaclarını söndürüblər.

Prezidentin ilin sonunda ənənəvi mətbuat konfransı internetdən də canlı yayımlanan zaman tamaşaçıların çoxu dizlayk (bəyənməmək) düyməsini basıb. Bu səbəbdən   “Россия-24”, “Россия-1”  “YouTube”  kanallarında sayğası “gizlədib” şərh bölümünü  bağlayıblar.

Amma NTV kanalı və “Russia Today” sayğacı açıq saxlayıb. Gözlənildiyi kimi, hər iki kanalda Putinin çıxışını bəyənməyənlər qat-qat çox olub. (red: skrin-şəkilə bax)

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin çıxışı cəmi 4 dəqiqə sürüb. O, yeni ildə gözlənilən  iki önəmli hadisəyə diqqət ayırıb: II Dünya Müharibəsində qələbənin 75 illiyinə və ABŞ-da keçiriləcək prezident seçkisinə.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir