Şəkidə avtomobil 32 yaşlı qadını vurub


 Şəkidə avtomobil 32 yaşlı qadını vurub

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Şəki sakini, 32 yaşlı Həcər Bəkirova yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir