Azərbaycan Premyer Liqasında son 10 ilin rekordçusu müəyyənləşib

Son 10 ildə Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən futbolçular müəyyənləşib.

Apasport.az saytının hesablamasına görə, onilliyin rekordçusu Tural Axundovdur.

2010-19-cu illərdə “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, “Sumqayıt” və “Neftçi”də oynamış müdafiəçinin hesabında 276 matç var. O, bu göstəricidə böyük üstünlüyə malikdir.

İkinci sırada olan Rahid Əmirquliyev ondan 18 oyun geridədir. İlk “üçlüy”ü Şəhriyar Rəhimov qapayır – 241 matç.

Eyni klubda ən çox oyun keçirməkdə rekordçu olan Maksim Medvedev isə son 10 ildə 233 çempionat qarşılaşmasına çıxıb. O, siyahıda 4-cüdür.

Ən çox oyun keçirən 10 futbolçu arasında yalnız iki legioner var. Bunlar Viktor İbekoyi və Denis Silvadır. Onlar eyni göstəriciyə malikdirlər.

1.Tural Axundov276
2.Rahid Əmirquliyev258
3.Şəhriyar Rəhimov241
4.Maksim Medvedev233
5.İlkin Qırtımov231
6.Vurğun Hüseynov230
7-9.Viktor İbekoyi229
 Elvin Məmmədov229
 Denis Silva229
10.Rəşad Sadiqov226

 

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir