“Çölçü” filminin növbəti mükafatı - 2020-ci ildə qazandığı ilk uğur

“Tripvill International Film Festival 2020”nin (Hindistan, Kəlkətə) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti rejissor Şamil Əliyevin “Çölçü” filmini “Best Narratıve Feature / Award of Excellence” (Ən yaxşı bədii film / Xüsusi mükafat) mükafatlarının qalibi elan edib.

Qeyd edək ki,  Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Bu vaxta qədər film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafat qazanıb.   Bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

ABŞ-da keçirilən “Royal Wolf Film Awards 2019” müsabiqəsində “Ən yaxşı xarici film”, İtaliyada “Oniros Film Awards 2019” müsabiqəsində “May mövsümünün ən yaxşı bədii filmi” mükafatlarını qazanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir