İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır

 İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır

İran  Qasım Suleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi obyektlərinə zərbə hazırlayır.

TASS-ın məlumatına görə, belə bəyanatı İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin hərbi müşaviri Hüseyn Dehqan CNN televiziya şirkətinin efirində səsləndirib:

“Müharibəni Amerika başladı. Buna görə onlar hərəkətlərinə məqsədəuyğun reaksiyaya hazır olmalıdır. Bu müharibə dövrünə son qoyacaq yeganə şey amerikalıların vurduqları zərbəyə bərabər zərbə almalarıdır”

“Cavab, şübhəsiz ki, hərbi olacaq və hərbi obyektlərə qarşı yönəldiləcək”, – İran rəhbərinin məsləhətçisi vurğulayıb.

O, qeyd edib ki, İran rəhbərliyi “heç vaxt müharibəyə cəhd etməyib və etməyəcək”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir