Özbəkistanda təkrar səsvermə keçirilir

İlk səsvermədə 125 dairədən 25-də namizədlərdən heç biri zəruri miqdarda səs toplaya bilmədiyindən bu gün Özbəkistan parlamentinin aşağı palatasına seçkilər üzrə təkrar  səsvermə keçirilir.

Qalib gəlmək üçün namizədlər   50% + 1 səs toplamalıdır.

İlk turda Özbəkistan boyu səsverməyə 67,8 faiz seçici gəlib.  Təkrar səsvermənin gedişi haqqında məlumat verilməyib.

Nəticələr bəlli olduqdan sonra ən çox səs toplamış partiya hökumət qurmaq mandatı qazanacaq.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir