İranın Bakıdakı səfirliyinin bayrağı endirilib, qapısı önündə matəm guşəsi yaradılıb...

Bakıdakı İran səfirliyinin önü (foto: Turan)

İranın Bakıdakı səfirliyi üzərindəki dövlət bayrağı endirilib. Binanın girişində Qasım Süleymaninin portreti yerləşdirilib, portrerin önünə çiçək qoyulub.

Bazar ertəsi səhər saatlarından etibarən ayrı-ayrı şəxslər səfirliyin önünə çiçək gətirir. Bir qədər aralıda dindarlardan ibarət qruplar toplaşıb, İran generalının ölümünü müzakirə edirlər.

Səfirliyin bilavasitə yaxınlığında bir neçə polis maşını dayanıb. Süleymaninin ölümü ilə bağlı matəm elan edildikdən sonra İranpərəst fəallar Bakıda hər hansı aksiya keçirməyiblər. Amma generalın dəfn ediləcəyi gün – yanvarın 7-də onların üzə çıxacağı istisna deyil.

Hələlik isə sosial şəbəkələrdə Süleymaninin qətli, onun regional müharibələrdə rolu və Azərbaycana münasibəti haqqında müzakirələr gedir.


Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir