İranlı deputatdan gülməli açıqlama: "Biz də 124 min peyğəmbərin sayı qədər amerikalını öldürəcəyik”

İran parlamentinin deputatı, axund Muctaba Zolnur yanvarın 5-də jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampın ABŞ vətəndaşları İranın hücumuna məruz qalacağı təqdirdə bu ölkənin 52 həssas mərkəzinə hava zərbələri endirəcəkləri ilə bağlı son bəyanatına gülməli reaksiya verib.

O deyib ki, Amerikanın regiondakı bütün hərbi bazaları İranın uzaqmənzilli raketlərinin hədəfindədir:

Əgər Amerika bizim 52 mühüm mərkəzimizə hücum etsə, biz də Quran ayələrinin sayı qədər onların mühüm mərkəzlərini vuracaq, 124 min peyğəmbərin sayı qədər amerikalını  öldürəcəyik”.

Amerikanın Bəhreyndən tutmuş Yəmənə qədər regiondakı bütün hərbi bazaları raketlərimizin hədəfindədir. Əgər amerikalılar ölkəmizə qarşı hücum etsələr, biz də onların bölgədəki hərbi baza və gəmilərinə hücum edəcəyik”.

Qeyd edək ki, bu sərsəm bəyanatın müəllfi axund Muctaba Zolnur İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədridir…


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir