Lempard Olivye Jirunun “Çelsi”dən” gedişi xəbərini təsdiqləyib

“Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın hücumçusu Olivye Jirunun yaxın vaxtlarda London klubunu tərk edə biləcəyini istisna etməyib.

Bu barədə “Sky Sports” yazıb.  Lempard bildirib:

Biz Olivye ilə əlaqə saxladıq və bu nəticəyə gəldik ki, o, bu şərtlə gedə bilər ki, müqavilə onu, klubu, komandanı və məni razı salsın. Amma təkrarlamaq istəyirəm: şərtlər dörd tərəfin hamısını qaydaya salmalıdır. Görək, bundan nə alınacaq”

“Çelsi”nin oyunçusu iki il əvvəl “Arsenal”dan keçidini rəsmiləşdirib. Cari mövsümdə 33 yaşlı fransız 6 matç keçirsə də, səmərəli oyunu ilə fərqlənməyib. Müxtəlif KİV-lər Jirunun Fransa çempionatına mümkün qayıdışından bəhs edir. “Nyukasl Yunayted”in adı hücumçunun xidmətlərinə iddiaçılar arasında hallandırılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir