Türkiyənin yeni MİT kompleksi istismara hazırdır - bu gün açılışı olacaq (yenilənib -video)

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) yeni  qərargahı bu gün istismara veriləcək. “QALA” adı verilmiş möhtəşəm kompleksin açılışında prezident Ərdoğan da iştirak edəcək.

“QALA” Ankaranın Etimegut rayonunun Bağluca səmtində  inşa edilmiş, MİT kompleksi 5 min dönüm (500 hektar) ərazini əhatə edir. Ətrafında heç bir başqa tikili mövcud deyil.  3 metr hündürlüyündə beton hasarla və  tikanlı məftillərlə əhatələnib.  Əsas qərargah binası danışıqlara qulaq asılmasına  qarşı xüsusi  texnologiya ilə inşa  olunub. İçəri gizli və ya hər hansı formada  qanunsuz daxil olmağı önləmək üçün müasir təhlükəsizlik sistemləri  qurulub.

Xatırladaq ki, MİT 1965-ci ildə milli təhlükəsizlik siyasətinin bir mənbədən idarə edilməsi məqsədilə qurulub və ilk qərargahı  Hacı Bayram Məscidi  bölgəsində yerləşib. Ötən illər ərzində MİT dəfələrlə müxtəlif səbəblərdən yer dəyişmək məcburiyyətində qalıb.

 

 

15:50

Bu dəqiqələrdə “Qala”nın açılış mərasimi keçirilir. Türkiyə Prezidenti  R.T.Ərdoğan təntənəli mərasimdə çıxış edir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir