Vətəndaşlarda AXC dövrünə aid ictimaiyyətə bəlli olmayan orijinal materiallar  var

Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edən dörd nəfər ziyalının səsinə səs verən çox olduğundan Təşəbbüs Qrupu İşçi Qrupa qədər böyüyüb. İşçı qrupun hazırda 101 üzvü var.

İşçi Qrupu təşəkkül mərhələsində olsa da, ilk kövrək addımlarını atmaqdadır. Qrupun hüquqşünasları  təşəbbüsü hüquqi aspektdən öyrənməyə başlayıblar.

Sosial şəbəkədə – “Facebook”-da “Resulzade Ev-Muzeyi (Təklif, Rəylər)” səhifəsi yaradılıb. Qısa müddətdə səhifənin üzvlərinin sayı 1200  nəfəri keçib.

Səhifədə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid  unikal sənəd, şəkil və digər materiallar paylaşılır, fikir mübadiləsi aparılır.

Məlum olub ki, vətəndaşlarda hələ ictimaiyyətə bəlli olmayan orijinal materiallar  var.

Azərbaycanın dövlətçilik tarixində, mədəniyyətində, ictimai-siyasi həyatında önəmli rol oynamış şəxsiyyətlərin, şübhəsiz ki, etnik kimliyinin heç bir əhəmiyyəti yoxdur. Onların hər biri  böyük Azərbaycanlıdır!

Bununla belə, bəzən tarixi şəxsiyyətlərin etnik mənsubiyyətini mübahisə mövzusuna  çevirməyə və bunun ətrafında  təxribat xarakterli ictimai fikir formalaşdırmağa çalışanlar da tapılır.

Bu baxımdan  Məhəmməd Əmin Rəsulzadənin özünün doldurduğu, əli ilə  «тюрок» (“türk”) yazdığı və imzaladığı blank çox dəyərlidir.

Sənədin surəti İşçi qrupun səhifəsində təqdim olunub,  əslinin Ədalət Tahirzadədə  olduğu bildirilib.  Digər iddiaya görə, sənədin əsli Gürcüstan arxivində saxlanılır.

Bir başqa diqqət çəkən və muzey eksponatı kimi maraq doğuran Məhəmməd Əmin Rəsulzadənin vizit kartlarıdır. Biri Varşava (Polşa), digəri Ankara (Türkiyə) ünvanlıdır.  Kartlar Ruslan Rəhimovun kolleksiyasındandır. 

Məhəmməd Əmin Rəsulzadənin vizit kartları

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir