Suriyanın Rakka vilayətində 27 dinc sakin qətlə yetirilib

 Suriyanın Rakka vilayətində 27 dinc sakin qətlə yetirilib

Suriyanın Rakka əyalətində 27 dinc sakin öldürülüb.

Bu barədə Deyr-ez-Zor əyalətindəki yerli mənbələr “Anadolu” agentliyinə bildirib.

Kütləvi qətllər Rakkanın cənubundakı Madan və Sapha rayonlarında törədilib.

Mənbələrin məlumatına görə, 27 çoban bıçaqlardan və güllə yaralarından həlak olub, 10-dan çox insan naməlum şəraitdə itkin düşüb.

Yerli hüquq müdafiəçiləri öldürülmüş dinc sakinlərin adlarının siyahısını yayıblar.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir