ABŞ Prezidenti Bakı vaxtı ilə 20:00-da bəyanatla çıxış edəcək

Ağ Evdən verilən xəbərə görə, ABŞ Prezidenti Bakı vaxtı ilə 20:00-da bəyanatla çıxış edəcək.

Donald Trampın bu bəyanatını dünya həyəcanla gözləyir.

İranın ABŞ-a aid iki hərbi bazanı ballistik raketlərlə  atəşə tutmasından sonra  onun Amerika prezidentinin  reaksiyası hadisələrin yönünü və sonrakı gedişini müəyyənləşdirəcək.

Xatırladaq ki, İran Qasım Süleymaninin öldürülməsindən  sonra misli ilə qisas alacağını bildirmişdi. Tramp bunun qarşılığında  İranı daha ağır zərbə vurulacağı ilə hədələmişdi.

Çox güman ki, Trampın tərzi İranın zərbəsinin ABŞ-a vurduğu zərərin dərəcəsindən asılı olacaq.  O, bu barədə hücumdan  sonra sosial şəbəkə səhifəsində  yazmış,  ziyanın qiymətləndirildiyini bildirmiş, bundan sonra bəyanatla çıxış edəcəyini acıqlamışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir