ABŞ Prezidenti Donald Trampın son bəyanatı sülhə ümid yaradıb

Tramp gözlənilən bəyanatında  hərarəti  düşürəcək tərzdə danışıb.

O,  erkən xəbərdarlıq sistemləri sayəsində İranın hücumundan öncə  ABŞ əsgərlərinin bazaları  boşaltdığını deyib.

ABŞ Prezidenti  bu səbəblə amerikalı və iraqlı hərbçilərin heç bir ziyan görmədiyini qeyd edib.

Donald Tramp  İranı terrora dəstək verməkdən imtina etməyə, əməkdaşlığa, danışıqlara səsləyib.  O, Tehrandan nüvə silahı  əldə etmək fəaliyyətini dayandırmağı  da tələb edib.

Belə olacağı təqdirdə  “İranla yeni müqavilə bağlanmalıdır” deyən Tramp NATO-nu regionda daha təsirli fəaliyyət göstərməyə çağıracağını da  vurğulayıb.

Bir daha Süleymaninin daha əvvəl öldürülməli olduğunu dilə gətirən ABŞ lideri onun yeni hücum planları hazırladığını, buna görə də məhv edildiyini təkrarlayıb.

Ümumilikdə Trampın yumşaq ritorikada sülhə çağırış notları ilə zəngin bu bəyanatı  münaqişənin böyüməsi  və nəzarətdən çıxacağı  ehtimalını xeyli azaldıb.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir