AŞPA məruzəçisi İlqar Məmmədovla bağlı bəyanat verib: "...məyusluq hissi keçirirəm"

Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanda haqqında bildirilmiş siyasi məhbuslar” üzrə məruzəçisi Torhild Sunna Evarsdottir yanvarın 7-də Azərbaycan hakimiyyətinin Avropa İnsan Haqları Məhkəməsinin əsas qərarlarını icra etməməsinə münasibət bildirib.

O, Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətinin bu qərarları icra etməsi üçün 2019-cu il, dekabrın 31-dək vaxt verdiyini xatırladıb.  Məruzəçinin AŞPA-nın saytında dərc olunmuş bəyanatında deyilir:

Mən Azərbaycan hakimiyyətinin İlqar Məmmədovun və Avropa Məhkəməsinin qərarında deyildiyi kimi, işlərində ədliyyə sistemindən siyasi motivlərlə sui-istifadə edilmiş başqa şəxslərin ittihamlarını ləğv etməməsindən dərin məyusluq hissi keçirirəm”.

Sunna Evarsdottir  qeyd edib ki, ittihamlar yanvarın 10-dək ləğv edilməsə, sözü gedən şəxslər Azərbaycan parlamenti seçkisində iştirak edə bilməyəcəklər, belə olacağı təqdirdə Azərbaycanın AŞPA-dakı mövqeyi ciddi şəkildə zəifləyəcək.

O, AŞPA bu ayın sonlarında onun Azərbaycana dair hesabatını müzakirəyə çıxaracağını və hesabatın Avropa Şurasının Hüquqi İşlər və İnsan Haqları Komitəsində yekdilliklə qəbul  edildiyini xatırladıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir