İran ABŞ-ın İraqdakı aviabazasına zərbə endirib, faktı Pentaqon təsdiqləyib

İraqın qərbində yerləşən və ABŞ-a məxsus “Eyn əl-Əsəd” hərbi bazasına raket zərbəsi endirilib.

Bu barədə “Sky News” məlumat yayıb.

“Reuters”in məlumatına görə, bundan bir qədər sonra Amerikadakı rəsmi bir mənbə hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində zərərçəkənlər və zərərlər barədə məlumat yoxdur.

“Press TV” telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına raket zərbəsi endirdiyini bildirib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir