İranda sərnişin təyyarəsi qəzaya uğrayıb: 180 nəfər həlak olub (Yenilənir- foto/video)

 

Bu gün  Tehran hava limanından Ukraynaya (Kiyevə) uçan sərnişin təyyarəsi uçuş zolağından qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İran və qərb mənbələrinin verdiyi xəbərə görə,  “Boeing 737″ tipli təyyarənin göyərtəsində olan (heyət daxil) 180 nəfər həlak olub.

“Röyter” qəzanın texniki nasazlıqdan baş verdiyini iddia edib – amma bunu nəyə əsasən müəyyənləşdirdiyini yazmayıb.

İndoneziya mənbələri təyyarənin yanlışlıqla İran raketi ilə vurulduğu haqqında fərziyyə irəli sürüb. Bunu İranın bu gecə İraqdakı ABŞ bazalarına raket zərbələri endirməsi ilə əlaqələndirib.

İnternetdə bu qəza anına aid olduğu iddia olunan video peyda olub. Ukrayna, Rusiya mətbuatında, eləcə də sosial şəbəkələrdə  yayımlanan videoda gecə səmasında təyyarənin yanaraq yerə çaxıldığı və böyük partlayışla  alov topuna büründüyü görünür.  (Videonun həqiqətən bu gün baş vermiş qəzaya aid olub-olmaması dəqiqləşdirilməyib)

Eyni zamanda İran mənbələri  qəza yerindən ilk görüntüləri yayıblar.

 

 

 

AP Photo, all rights reserved

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir