“Reyms” Fransa Liqa kubokunda yarımfinala yüksəlib

“Reyms” Fransa Liqa kubokunda yarımfinala yüksəlib

Fransa Liqa kubokunda 1/4 final mərhələsinə start verilib.

İlk yarımfinalçı Reymsdə müəyyənləşib.

Şəhərin eyniadlı komandası “Strasburq”u qəbul edib. Qarşılaşmanın 90 dəqiqəsində qapılara qol vurulmayıb.

Matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Reyms” yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 finalın digər matçları yanvarın 8-də keçiriləcək. “Lion” “Brest”i, “Lill” “Amyen”i, PSJ isə “Sent-Etyenn”i qəbul edəcək. Yarımfinalın püşkatması ayın 9-da baş tutacaq.

Fransa Liqa kuboku
1/4 final
7 yanvar

“Reyms” – “Strasburq” – 0:0, pen.4:2

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir