Sabahdan Bakıdan Cocuq Mərcanlıya ilk avtobus marşrut xətti istifadəyə veriləcək

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, ilin ilk avtobus xətti Bakıdan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə açılacaq.

Sabahdan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə veriləcək: 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq.

Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 məntəqədən  – Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərindən xətlər istifadəyə verilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir