"Türk axını" kəməri rəsmən açıldı

Türkiyə, Rusiya, Serbiya və Bolqarıstan Prezidentlərinin iştirakı ilə İstanbulda “Türk axını” təbii qaz boru xəttinin təntənəli açılışı keçirilib.

Açılışdan öncə Türkiyə və Rusiya  Prezidentlərinin təkbətək 1 saat 45 dəqiqə sürən görüşü olub.

Açılış mərasimində ilk təbrik nitqi ilə Putin çıxış edib. Kəmərin əhəmiyyətindən danışan Rusiya Prezidenti  Türkiyə ilə ikitərəfli münasibətlərə xələl gətirmək cəhdlərinə baxmayaraq, əlaqələrin inkişaf etdiyini bildirib.

Türkiyə Prezidenti  çıxışında  TANAP-ın  Azərbaycan Prezidenti İlham  Əliyevlə açılışını  xatırladaraq,  beynəlxalq subyektləri  qarşıdurmaya deyil, əməkdaşlığa çağırıb. Ərdoğan Rusiya ilə ikitərəfli əlaqələrin 500 illik tarixindən bəhs edib.

O,  bölgədə yaşanan problemlərə də toxunub. Regionda sülh yaradılmasına çalışdıqlarını bildirib, Türkiyənin yürütdüyü siyasətin mahiyyətini anladıb.

Açılışda Serbiya və Bolqarıstan Prezidentləri də təbrik nitqi ilə çıxış ediblər.  Daha sonra zal ilə podratçı şirkətlərin kəmərin iki ucunda  – Rusiya və Türkiyə tərəfdə yığışmış briqadalar  ilə video əlaqə saxlanılıb. POTAŞ və Qazprom
nümayəndələri ekranda görünüb.

Açılışın son mərhələsində rəsmi şəxlərin  çıxdığı səhnədə şərti boru xətləri birləşdirilib və liderlər vinti açıb.

Xatıradaq ki, bu xətlə Türkiyə qaz almaqla yanaşı, Rusiya qazı Balkanlar üzərindən Avropaya çatdırılacaq. Kəmərin istifadəyə veriməsində Avropa ölkələri də olduqca maraqlıdırlar.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir