Türkiyə və Rusiya birgə bəyanatla çıxış edib: Liviyada atəşkəs istənilir

Türkiyə və Rusiya Prezidentlərinin  “Türk axını” təbii qaz boru xəttinin açılışından əvvəl 2 saata yaxın təkbətək görüşdükləri haqqında xəbər vermişdik.

Boru xəttinin açılışından sonra prezidentlər yenidən görüşüblər – bu dəfə hər iki tərəfdən Xarici İşlər və Müdafiə nazirlərinin iştirakı ilə.

Bu görüşdən sonra birgə mətbuat brifinqi keçirilib və Xarici İşlər nazirləri görüş haqqında məlumat veriblər. Onlar birgə bəyanat hazırlandığını bildiriblər.

Bəyanatda Liviyada yanvarın 12-dən şərtsiz atəşkəs elan olunması istənildiyi ifadə olunub.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir