Dünya Bankı 2020 və 2021-ci illərdə neftin qiymətinin azalacağını proqnozlaşdırır

 Dünya Bankı 2020 və 2021-ci illərdə neftin qiymətinin azalacağını proqnozlaşdırır

Dünya Bankı neftin orta qiymətinin (Brent, WTI, Dubai) 2020 və 2021-ci illərdə bir barel üçün 59 dollaradək azalacağını proqnozlaşdırır.

TASS xəbər verir ki, bu barədə Dünya Bankının yayımladığı “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında deyilir.

Bu il sənəd “İqtisadi artımın aşağı templəri, siyasi problemlər” adlanır.

Proqnoza görə, 2020-ci ildə yeni boru kəmərlərinin inşası ABŞ-da neft hasilatını artıracaq. Bununla belə hesabat müəllifləri hesab edir ki, ABŞ və Çin arasındakı ticarət gərginliyinin əhəmiyyətli dərəcədə azaldılması ehtimalı neft qiymətlərini artıra bilər.

Mütəxəssislər hesab edirlər ki, 2019-cu ildə bir barel neftin qiyməti orta hesabla 61 dollar təşkil edib ki, bu da 2018-ci ildən 10% və əvvəlki proqnozlardan isə 5 dollar / barel azdır.

“Qara qızıl”ın qiymətinə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarları, həmçinin İran və Venesuela ilə bağlı olan müxtəlif geosiyasi və daxili amillər təsir göstərib.

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesablamalarına görə, 2020-ci ildə neftin orta illik qiyməti bir barel üçün 57.94 dollara enəcək.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir