İranda daha bir kütləvi ölüm: avtoqəzada 18 nəfər həlak olub, 28 nəfər yaralanıb

Tehrandan Günbədkavusa gedən avtobusun dərəyə aşması nəticəsində sərnişinlərdən 18 nəfərin öldüyü, 24 nəfərin ağır yaralandığı bildirilir. Həyatını itirənlər arasında 1 nəfər hamilə qadın da olub. Yaralılardan 2 nəfərin vəziyyəti ağırdir.

Qeyd edək ki, İranda analoji bədbəxt hadisələr tez-tez olur. Ötən ilin sentyabrında iki sərnişin avtobusunun toqquşması nəticəsində 44 nəfər həyatını itirmişdi. Ötən günlərdə  qonşu ölkə ərazisində 4 Azərbaycan vətəndaşı avtomobil qəzasının qurbanı olmuşdu.


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir