Konqres Trampın İrana qarşı güc tətbiqi üzrə səlahiyyətlərinin məhdudlaşdırılmasını bəyənib

 Konqres Trampın İrana qarşı güc tətbiqi üzrə səlahiyyətlərinin məhdudlaşdırılmasını bəyənib

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampın qanunvericilər tərəfindən müvafiq icazə olmadan İrana qarşı Silahlı Qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

Bu barədə TASS xəbər verir.

Qeyd edilir ki, iclasın yayımı qanunverici orqanın aşağı palatasının saytında aparılıb.

Qətnamə Prezidentin üzərinə ABŞ administrasiyasının Konqresdən müvafiq icazəni almayana qədər və ya “Birləşmiş Ştatlara silahlı hücum” olmayınca İrana qarşı və onun ərazisində hərbi hərəkətləri başlamamaq öhdəliyi qoyur.

Oxşar qətnamə respublikaçılar tərəfindən nəzarət edilən Senata göndərilib. Sənədin yuxarı palata tərəfindən qəbul olunacağı istisna edilmir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir