Meksikada içində insan meyitlərinin olduğu 26 kisə aşkarlanıb

 Meksikada içində insan meyitlərinin olduğu 26 kisə aşkarlanıb

Meksikanın Halisko ştatının hüquq-mühafizə orqanlarının əməkdaşları dərə ərazisində doğranmış insan meyitlərinin olduğu 26 kisə aşkarlayıblar.

Bu barədə yerli prokurorluqdan bildirilib.

Qeyd edilir ki, kisələr Tonala bələdiyyəsi ərazisində tapılıb. Axtarış işləri dünən qurtarıb. Kisələr ştatın Tibbi Məhkəmə İnstitutuna verilib. Burada ekspertlər insan qalıqlarının sayını müəyyənləşdirəcəklər.

Qeyd edək ki, son illər Meksikada ağır cinayətlərin sayı artmaqdadır. Belə ki, 2006-cı ilin sonundan 2019-cu ilin avqustuna qədər ölkədə gizli basdırılmış 3024 meyit aşkarlanıb.

Ümumilikdə 2006-cı ildən 2019-cu ilə qədər 13 il müddət ərzində ölkədə 60 mindən çox insan itkin düşüb. Halisko ölkənin ikinci ən təhlükəli ştatıdır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir