ABŞ rəsmiləri İrana qarşı tətbiq etdikləri yeni sanksiyaların detallarını açıqlayıblar

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin dövlət katibi Mayk Pompeo ilə birlikdə  keçirdiyi mətbuat konfransında  İrana qarşı tətbiq etdikləri yeni sanksiyaların detallarını açıqlayıb.

Mnuçin deyib ki, Vaşinqton İrana qarşı maksimum təzyiq siyasətini gücləndirmək üçün İranın polad və dəmir sənayesi sahəsində fəaliyyət göstərən 20 şirkətinə sanksiya tətbiq edib.

ABŞ-ın maliyyə naziri həmçinin bildirib ki, 20 İran şirkətindən başqa İraqda Amerikanın iki hərbi bazasına qarşı hücumlarda birbaşa rolu olan İranın 8 yüksək vəzifəli şəxsinin adları da sanksiya siyahısına salınıb.

Sanksiyaya məruz qalan  İran rəsmilərinin adları bunlardır:

  • İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani,
  •  “Bəsic” təşkilatının rəisi Qulamrza Süleymani,
  •  Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi,
  •  “Sepah”ın koordinasiya şöbəsi rəisinin müavini Məhəmmədrza Nəqdi,
  •  İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin canişini Məhəmmədrza Aştiyani,
  •  İran Silahlı Qüvvələrinin Baş Qərargahının koordinasiya mərkəzinin rəisinin müavini Əli Abdullahi,
  •  “Dini lider” axund Əli Xamneyinin beytinin icraiyyə işləri üzrə köməkçisi Əli Əsğər Hecazi,
  •  Əli Xamneyi beytinin beynəlxalq işlər üzrə köməkçisi Möhsün Qomi.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir