AFR-ın XİN başçısı İraqa İŞİD təhlükəsi ilə bağlı xəbərdarlıq edib

 AFR-ın XİN başçısı İraqa İŞİD təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Xarici qoşunların İraqdan çıxarılması İŞİD terror təşkilatını gücləndirəcək.

Xarici mətbuat xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.

O qeyd edib ki, bu səbəbdən ölkədə terrorçulara qarşı əməliyyatı davam etmək zəruridir.

Nazirin sözlərinə görə, İŞİD-ə qarşı müharibəni dayandırmamaq lazımdır.

Hayko Maas bildirib ki, Almaniya İraq hökumətini bu mandatı saxlamağa çağıracaq. Nazir vurğulayıb ki, ölkəsi rəsmi Bağdadın istənilən qərarını qəbul edəcək, amma o əmindir ki, əməliyyatlara davam etmək lazımdır.

“İraqda İŞİD-ə qarşı mübarizəni başa çatdrmaq ölkədə vəziyyətin ciddi şəkildə gərginləşməsinə gətirib çıxaracaq, terror təşkilatına fəallığı üçün yeni meydan açacaq ki, terror aktları təhlükəsi yalnız İraqda deyil, regionda, həm də Avropada artacaq. Biz bunun qarşısını almalıyıq”, – Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı deyib.

Qeyd edək ki, İraq parlamenti xarici qoşunların ölkənin ərazisindən çıxarılmasına səs verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir